“Zədədən sonra iki aydır məşq edirəm və sabahkı oyuna hazıram”.
APA-nın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Fərid Nəbiyev deyib.
Gənc futbolçu AVRO-2021-in seçmə mərhələsinin Slovakiya ilə sabah Bakıda keçiriləcək oyunu ərəfəsində təşkil olunan açıq məşqdən sonra qarşılaşma barədə fikirlərini açıqlayıb: “Oyunöncəsi son məşqimizdir. Çox istəkliyik və meydanda ən yaxşısını etməyə çalışacağıq. Təbii ki, meydana qələbə qazanmaq üçün çıxacağıq. Rəqibin oyununu izləmişik, informasiyamız var. Onların səhvlərindən maksimum istifadə etməyə çalışacağıq”.