Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Düdelanj” oyunu Azərbaycan futbolu tarixinə yubileylə düşəcək.
Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı matç klublarımızın avrokuboklarda 350-ci sınağı olacaq.
Qitə miqyaslı turnirlərdə 1994-cü ildə debüt edən Azərbaycan komandaları indiyədək 349 qarşılaşma keçiriblər. Bu matçlarda 102 qələbəsi olan təmsilçilərimiz 83 heç-heçə edib və 164 dəfə uduzublar. 332 qol vuran futbolçularımız rəqiblərin 516 qoluna şahid olublar.
İndiyədək baş tutan 349 oyundan 78-i Çempionlar Liqası, 237-si Avropa Liqası, 8-i Kuboklar kuboku, 26-sı İntertoto kuboku çərçivəsində baş tutub. Görüşlərdən 53-ü qrup mərhələlərinə təsadüf edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı