Futbolçuları gerilədi - “Qarabağ” oynamadığı üçün
11.12.2020 - 11:36
Futbolçuları gerilədi - “Qarabağ” oynamadığı üçün

Avropa Liqasının qrup mərhələsindən sonra futbolçuların reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, VI tur cədvəldə bir sıra dəyişikliklərə səbəb olub.

Almaniya təmsilçisi “Bayer”in oyunçusu Leon Beyli 1-ci yerə yüksəlib – 9970 xal. Hərəyə bir pillə geriləyən Nikolas Pepe (“Arsenal) 9518 xalla ikinci, Yusuf Yazıçı (“Lill”) 8999 xalla üçüncüdür.

Turnirdə iştirak edən yeganə Azərbaycan klubu “Qarabağ”ın futbolçuları geriləyib. Buna komandanın İspaniya “Vilyarreal”ı ilə oyunda iştirak etməməsi səbəb olub.

Ağdamlıların heyətində ən yaxşı olan Abdullah Zubir 2953 xalla 241-cidir. O, 61 pillə geriləyib. Şahruddin Məhəmmədəliyev 2704 xalla 287-ci yerdə, Uroş Matiç isə 2290 xalla 374-cü sırada yer alıb.

Məhəmmədəliyev həm də Azərbaycanın ən yaxşı futbolçusudur. 1076 xalla 665-ci olan İsmayıl İbrahimli 69, 549 xalla 823-cü olan Mahir Emreli 66 pillə geri düşüb.

0
Abdullah Zubir Şahruddin Məhəmmədəliyev Mahir Emreli