“Mançester Yunayted”in futbolçusu Cessi Linqardın keçmiş sevgilisi Cena Frums özünə yeni macəra tapıb.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı model futbolçunu müğənniyə dəyişib.
Nyu-Cersidə doğulan Cena Ceyson Derupo ilə eşq macərası yaşayır. Bir müddət əvvəl tanış olan cütlük fotolarını paylaşmaqla da diqqət mərkəzindədir.
Fransa, Hindistan və Afrika köklərinə malik Frums universiteti bitirdikdən sonra Los-Ancelese köçüb. Bir neçə filmə də çəkilmiş model Linqarda qədər amerika futbolu ilə məşğul olan Antonio Braunla qısamüddətli məhəbbət də yaşayıb.
Qeyd edək ki, Frums bir müddət öncə Linqardla ayrılıb.
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
- Mbappeni qaçırmaq istədilər - PLAN ÜZƏ ÇIXDI
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı