Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan İspaniya klubu “Vilyarreal” qış fasiləsində bir futbolçusu ilə yollarını ayıra bilər.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisinin hücumçusu Samuel Çukvueze İngiltərə klublarının maraq dairəsinə düşüb.
21 yaşlı oyunçu, xüsusən də, “Liverpul” və “Everton”un transfer gündəmindədir. “Vilyarreal” rəhbərliyi də Nigeriya millisinin üzvünü satmağın əleyhinə deyil. Ancaq ispanlar müqavilədə göstərilən 80 milyon avroluq təzminatı ödəyən klubun Çukvuezeyə sahib çıxacağını bildiriblər.
Qeyd edək ki, “Vilyarreal” Samuel Çukvuezeni 2017-ci ildə Nigeriyanın “Diamond” klubundan 500 min avroya alıb. O, cari mövsüm keçirdiyi 11 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı