Görünməmiş üstünlük - İspaniyadan
15.06.2021 - 09:44
İspaniya millisi Avropa çempionatları tarixində yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, Luis Enrikenin yetirmələri AVRO-2020-nin İsveçlə görüşünün 85,1 faizində topa sahib olub.
Bu, turnirin tarixində mütləq göstəricidir. Avropa çempionatları 1960-cı ildən keçirilsə də, topa sahibolma faizi 1980-ci ildən hesablanır və bu müddətdə heç bir komanda belə üstünlüyə yiyələnməyib.
Qeyd edək ki, İspaniya millisi topa nəzarəti hesabda üstünlüyə çevirə bilməyərək qolsuz sülhlə kifayətlənib.
0
0