Hakimləri açıqlandı - Azərbaycan – Portuqaliya oyununun
05.09.2021 - 14:03
DÇ-2022-nin seçmə mərhələsinin VI turunun Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, sentyabrın 7-də keçiriləcək matçı italiyalı ədalət təmsilçiləri idarə edəcək.
Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşmada baş hakim Marko Quida olacaq. Ona Filippo Meli və Alessandro Kostanzo yardım edəcək. Fabio Mareska dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Marko Di Bello VAR hakimi olacaq. Onun köməkçisi kimi qarşılaşmaya Çiro Karbone təyinat alıb.
0
0