Haland “Reyncers”ə qarşı oynamayacaq - SƏBƏB
23.02.2022 - 14:57
Haland “Reyncers”ə qarşı oynamayacaq - SƏBƏB

Dortmund “Borussiya”sı Avropa Liqasının 1/16 final mərhələsində “Reyncers”lə keçiriləcək cavab oyununa ciddi itki ilə çıxacaq.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisinin hücumçusu Erlinq Haland şotlandiyalılarla vacib qarşılaşmanı buraxacaq.

Məşqçilər korpusu 21 yaşlı qolçunu Qlazqoya aparmamaq qərarına gəlib. Zədə səbəbindən son 4 görüşdə iştirak etməyən Norveç millisinin üzvü bir neçə gün əvvəl kollektivlə məşqlərə qatılsa da, baş məşqçi Marko Rouz onu riskə atmaq istəmir.

Qeyd edək ki, “Reyncers” – “Borussiya” oyunu sabah keçiriləcək. Dortmunddakı ilk matçda qonaq komanda 4:2 hesablı qələbə qazanıb.