Haland Benzemadan “qorxub” və ...
23.04.2022 - 14:58
Dortmund “Borussiya”sının futbolçusu Erlinq Halandın “Real”a keçməməyinin səbəbi bəlli olub.
Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatı bunun Kərim Benzema ilə bağlı olduğunu iddia edir.
Fransalının əla formada olmasını görən norveçli ulduz onun kölgəsində qalmaq istəməyib. Bu səbəbdən də Erlinq “Mançester Siti”yə keçməyə üstünlük verib.
Qeyd edək ki, Haland cari mövsümün 26 oyununda 25 qol vurub.
0
0