Haland nə vaxt qayıdacaq?
05.03.2022 - 22:07
Haland nə vaxt qayıdacaq?

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın dönüşü yubanır.

Apasport.az saytının məlumatına görə, Norveç millisinin üzvü zədəsini hələ də sağaltmayıb.

Həkimlər əvvəlcə onun martda yaşıl meydanlara qayıdacağını proqnozlaşdırsalar da, bu baş tutmayacaq. 22 yaşlı forvardın ən azı daha bir ay komandadan uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, Haland apreldən tez oyunlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Erlinq Haland cari mövsüm bütün turnirlərdə keçirdiyi 20 oyunda 23 qol vurub, 6 məhsuldar ötürmə verib.
 

0