Halandla bağlı qərarını açıqladı – “Borussiya”
10.07.2021 - 13:29
Dortmund “Borussiya”sı hücumçu Erlinq Halandla bağlı qərarını açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, bununla bağlı Bundesliqa təmsilçisinin idman direktoru Mixael Zorç məlumat yayıb.
O bildirib ki, Norveç millisinin gənc üzvünü bu yay satmaq fikrində deyillər: “Halandın gələcəyi ilə bağlı bir dəyişiklik yoxdur. Yeni mövsümün planlarında o da var. Halandı satmayacağıq”.
Qeyd edək ki, Erlinq Haland Avropa nəhənglərinin transfer gündəmindədir.
0
0