Hazırlıq planını açıqladı – “Sabah”
29.06.2021 - 12:36
“Sabah”ın yay hazırlıq planı bəlli olub.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bakılılar iyulun 1-də Bakıda yığışacaq.
Təlim-məşq toplanışının ilk iki həftəsi paytaxtda baş tutacaq. İyulun 15-də Gürcüstanın Tbilisi şəhərinə yollanacaq “ağ-göylər” iki həftə bu ölkədə hazırlıq keçəcək.
Bakıda 2, Tbilisidə isə 4 sınaq matçının keçirilməsi nəzərdə tutulub. Komanda iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqiblərin kimliyi hələlik məlum deyil.
0
0