Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində PSJ-ni möhtəşəm geridönüşlə məğlub edən “Real”ın (0:1, 3:1) qəhrəmanı, şübhəsiz ki, Kərim Benzema olub.
Apasport.az saytının məlumatına görə, cavab görüşünün ikinci hissəsinə ümumi hesabda 2 top fərqi ilə geridə başlayan “kral klubu”na 3 qol lazım idi ki, fransalı forvard 18 dəqiqə ərzində het-trik edərək, komandanı təkbaşına 1/4 finala daşıyıb.
O, ÇL tarixində het-triklə komandasını növbəti mərhələyə çıxaran 4-cü futbolçu olub. Benzemaya qədər bunu cəmi üç nəfər bacarmışdı ki, onlardan biri keçmiş komanda yoldaşı Kriştiano Ronaldodur. Portuqaliyalı superulduz iki dəfə cavab matçındakı het-triki ilə komandasına vacib qələbə qazandırıb.
Robin van Persi (“Mançester Yunayted”)
2013/14 mövsümü. 1/8 final: “Olimpiakos” – 0:2, 3:0
Kriştiano Ronaldo (“Real”)
2015/16. 1/4 final: “Volfsburq” – 0:2, 3:0
Kriştiano Ronaldo (“Yuventus”)
2018/19. 1/8 final: “Atletiko” – 0:2, 3:0
Lukas Moura (“Tottenhem”)
2018/19. Yarımfinal: “Ayaks” – 0:1, 3:2
Kərim Benzema (“Real”)
2021/22. 1/8 final: PSJ – 0:1, 3:1