AVRO-2020-yə yollanacaq komandalardan Almaniya yığması turnirin favoritləri sırasında göstərilmir.
Apasport.az saytının məlumatına görə, bu, nəsil dəyişikliyi ilə əlaqələndirilir.
Bundestimin qitə birinciliyinə aparılacaq 26 oyunçusu bəllidir. Baş məşqçi Yoahim Löv yığmadakı son böyük turnirinə “Bavariya”dan 8 futbolçu dəvət edib. Ancaq heyətdə özünə yer tapa bilməyən kifayət qədər oyunçu var. Bu səbəbdən Almaniya KİV-i AVRO-2020 heyətinə düşə bilməyən ən dəyərli futbolçulardan ibarət “11-lik” formalaşdırıb.
Qapıçı: Mark-Andre ter Ştegen
Klubu: “Barselona”
Yaşı: 29
Dəyəri: 75 milyon avro
Mərkəz müdafiəçisi: Tilo Kehrer
Klubu: PSJ
Yaşı: 24
Dəyəri: 25 milyon
Mərkəz müdafiəçisi: Conatan Tah
Klubu: “Bayer”
Yaşı: 25
Dəyəri: 20 milyon
Sol cinah müdafiəçisi: Filipp Maks
Klubu: PSV
Yaşı: 27
Dəyəri: 16 milyon
Sağ cinah müdafiəçisi: Ridle Baku
Klubu: “Volfsburq”
Yaşı: 23
Dəyəri: 22 milyon
Yarımmüdafiəçi: Yulian Brandt
Klubu: “Borussiya”, Dortmund
Yaşı: 25
Dəyəri: 25 milyon
Yarımmüdafiəçi: Nadiem Amiri
Klubu: “Bayer”
Yaşı: 24
Dəyəri: 22 milyon
Yarımmüdafiəçi: Florian Virts
Klubu: “Bayer”
Yaşı: 18
Dəyəri: 45 milyon
Sol vinger: Marko Roys
Klubu: “Borussiya”, Dortmund
Yaşı: 31
Dəyəri: 15 milyon
Sağ vinger: Yulian Draksler
Klubu: PSJ
Yaşı: 27
Dəyəri: 20 milyon
Hücumçu: Luka Valdşmidt
Klubu: “Benfika”
Yaşı: 25
Dəyəri: 17 milyon