Həftədə 350 min funt sterlinq – “Mançester Siti”də yeni müqavilə
24.11.2020 - 10:01
İngiltərənin “Mançester Siti” klubu futbolçusu Kevin de Breyne ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı belçikalı yarımmüdafiəçi 2025-ci ilin yayına qədər Premyer Liqa təmsilçisində çıxış edəcək.
Yeni anlaşmada onun maaşı da artırılacaq. Kevin həftədə 350 min funt sterlinq qazanacaq.
Qeyd edək ki, belçikalı 2015-ci ildən “Mançester Siti”də oynayır.
0
0