Həm “Barselona”, həm də “Qalatasaray” formasını geyinmiş 6 FUTBOLÇU
10.03.2022 - 14:38
Həm “Barselona”, həm də “Qalatasaray” formasını geyinmiş 6 FUTBOLÇU

Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Qalatasaray”la “Barselona” üz-üzə gələcək.

Apasport.az saytı xəbər verir ki, Türkiyə mətbuatı indiyə qədər hər iki komandanın formasını geyinmiş futbolçuları araşdırıb.

İndiyə qədər həm İspaniya, həm də Türkiyə nəhəngində oynamış cəmi 6 oyunçu var ki, onlardan 5-i La Liqa karyerasından sonra Super Liqa həyəcanı yaşayıb.

1. George Haci
1994-1996-cı illərdə “Barselona”da çıxış edən əfsanəvi rumıniyalı İspaniya klubunu “Qalatasaray”a dəyişib. “Cim-bom”la ardıcıl 4 mövsüm ölkə çempionluğunu qazanan Haci bu komandanın UEFA Kubokunu və Superkubokunu qazanmasında müstəsna rol oynayıb.

George Popesku
Hacidən bir il sonra digər rumıniyalı Popesku da “Barselona”dan “Qalatasaray”a keçib. “Sarı-qırmızılılar”a UEFA Kubokunu qazandıran son penalti qoluna imza atan sabiq müdafiəçi İstanbul nəhənginin unudulmaz futbolçuları arasına düşüb.

Frank de Bur
1999-cu ildə “Ayaks”dan “Barselona”ya transfer olunan niderlandlı 2003-cü ilə qədər kataloniyalılarda qalıb. Ardından “Qalatasaray” üçün Türkiyəyə köçsə də, cəmi yarım mövsüm burada qala bilib.

Covani dos Santos
“Barselona” akademiyasında yetişən dos Santos böyük potensiala sahib olsa da, gözləntiləri qarşılaya bilməyib. “Barsa”dan “Tottenhem”ə keçən meksikalı orada da lazımınca şans qazanmayınca yarım mövsümlük icarə əsasında “Qalatasaray”da oynayıb.

Arda Turan
Siyahıdakı adlar arasında əvvəlcə “Qalatasaray”da oynamış yeganə futbolçu Ardadır. “Cim-bom” akademiyasının kəşfi “Atletiko”dakı yüksək performansı sayəsində “Barselona” formasını geyinməyi bacarıb.

İnaki Pena
Hər iki komandanın formasını geyinmiş son sima qapıçı Penadır. 23 yaşlı qolkiper qış fasiləsində “Barselona”dan “Qalatasaray”a icarəyə verilib. İspaniyalı da Arda Turan kimi, hazırda “cim-bom”un heyətində yer alır.
 

0