Həm PSJ, həm də “Mançester Siti”də oynayanlar – yarımfinal öncəsi
28.04.2021 - 22:44
Həm PSJ, həm də “Mançester Siti”də oynayanlar – yarımfinal öncəsi

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, ilk matçlar çərçivəsində PSJ Fransada “Mançester Siti”ni qəbul edəcək.

Bu komandaların heyətində sabiq klubuna qarşı çıxış edəcək bir futbolçu yoxdur. Ancaq keçmişdə az da olsa, hər iki klubun formasını geyinən simalar olub. Həmin dönəmlər “Mançester Siti” və PSJ Avropa nəhəngi sayılmadığından, karyerası ərzində onların formasını geyinənlərin əksərinin orta səviyyəli futbolçu olması başadüşüləndir.

Bu mənada yalnız “Qızıl top”u qazanan ilk və yeganə afrikalı Corc Vea, həmçinin karyerası ərzində tez-tez klub dəyişən Nikolya Anelkanı fərqləndirmək olar.

Hər iki komandada çıxış etmiş futbolçulara diqqət yetirək:
Corc Vea
Nikolya Anelka
Ali Benarbia
Camel Belmadi
Silven Disten
Aliune Ture