2021-ci ilin yay transfer pəncərəsinin ən səs-küylü keçidlərindən biri Serxio Ramosun əfsanəsinə çevrildiyi “Real”la vidalaşması oldu.
Apasport.az saytının məlumatına görə, müqaviləsi uzadılmayan kapitan azad agent kimi PSJ-yə keçdi.
Əksəriyyət Madrid təmsilçisinin müdafiəçiyə qarşı davranışını hörmətsizlik kimi qəbul edir. Hər halda, karyerasının son illərini yaşayan veteran daha artığına, butslarını məhz “Real”da mıxdan asmağa layiq idi.
Lakin yaxın keçmişə nəzər salsaq, Ramos belə hörmətsizliklə yola salınan ilk ulduz deyil. Cəmi bir il əvvəl Luis Suares “Barselona”da oxşar durumla üzləşmişdi.
Belə oyunçular arasında “Qarabağ”ın sabiq futbolçusu Sergey Kravçenko da var. Vaxtilə Azərbaycan yığması üçün milliləşdirilməsi gündəmdə olan yarımmüdafiəçi Ukraynada arzuolunmaz durumla üzləşərək sonda “Dnepr”ə keçib.
Luis Suares (“Barselona” – “Atletiko”)
David Vilya (“Barselona” – “Atletiko”)
Filipe Koutinyo (“Barselona” – “Bavariya”)
Karlos Teves (“Mançester Yunayted” – “Mançester Siti”)
Emanuel Adebayor (“Arsenal” – “Mançester Siti”)
Frenk Lempard (“Çelsi” – “Mançester Siti”)
Fernando Moryentes (“Real” – “Monako”)
Andrea Pirlo (“Milan” – “Yuventus”)
Aleksandr Kosırin (“Çernomorets” – “Qoverla”/“Odessa”)
Sergey Kravçenko (“Şaxtyor”/“Dinamo” – “Dnepr”)
Mirça Luçesku (“Şaxtyor” – “Dinamo”)