Həyat yoldaşı oxudu, özü ağladı - millinin futbolçusu
30.05.2021 - 10:22
Həyat yoldaşı oxudu, özü ağladı - millinin futbolçusu

Ukrayna millisinin futbolçu Yevgeni Çeberko subaylığın daşını atıb.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı müdafiəçi qeyri-adi seçimi ilə diqqət çəkib.

Futbolçu “Azot” basketbol klubunun dəstək qrupunda yer alan Darina ilə ailə həyatı qurub. Tibb universitetini bitirən, fotoqraf kimi də çalışan gözəlçə öz toyunda müğənnilik bacarığını da nümayiş etdirib. Buna dayana bilməyən Yevgeni göz yaşlarını axıdıb.

Qeyd edək ki, Ukrayna millisində ötən il debüt edən Çeberko Avstriyanın LASK klubuna məxsus olsa da, Xorvatiya təmsilçisi “Osiyek”ə icarəyə verilib.

0