İbrahim Qədirzadə ilə anlaşdı - "Kəpəz"
24.07.2021 - 18:33
İbrahim Qədirzadə ilə anlaşdı - "Kəpəz"

"Kəpəz" daha bir futbolçu ilə müqaviləni rəsmiləşdirib. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, I divizion təmsilçisi İbrahim Qədirzadə ilə anlaşıb. 

Gənc müdafiəçi son olaraq Gürcüstanın "Samtredia" klubunda oynayıb.

Qeyd edək ki, “Kəpəz” bu gün Cavid İmamverdiyevlə müqavilə bağlayıb.