İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç A seriyasında rekord vurub.
Apasport.az saytının məlumatına görə, isveçli hücumçu komandasının çempionatda 3 xal qazanmasında 150-ci dəfə pay sahibi olub.
O, bu rəqəmi ən tez fəth edən futbolçu adına yiyələnib. Zlatan A seriyasında keçirdiyi 222-ci qarşılaşmada buna nail olub.
Qələbəyə görə 3 xalın verildiyi 1994/95 mövsümündən indiyə qədər heç bir oyunçu 150-ci qələbəni belə tez qazanmayıb. Skandinaviyalıya qədər rekord Esteban Kambiassoya məxsus idi. “İnter”in sabiq yarımmüdafiəçisi 150-ci 3 xal sevincini 230-cu matçında yaşamışdı.
Qeyd edək ki, “Milan” bu gün keçirilən matçda “Udineze”yə 3:2 hesabı ilə qalib gəlib.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək