İbrahimoviç qayıdır
23.04.2022 - 22:07
İbrahimoviç qayıdır

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç zədədən sonra meydana qayıdır.

Apasport.az saytının məlumatına görə, isveçli hücumçu XXXIV turun “Latsio” ilə matçında iştirak edə bilər.

Dizindəki zədəni sağaldan 40 yaşlı veteran son iki matçı bu üzdən buraxmışdı. O, sonuncu dəfə yanvarın 17-də start heyətində yer alıb.

Qeyd edək ki, “Latsio” – “Milan” oyunu sabah keçiriləcək.