“Milan”ın hücumçusu Zlatan İbrahimoviç gələcəyi ilə bağlı sualları cavablandırıb.
Apasport.az saytının məlumatına görə, İsveç millisinin üzvü karyerasını bitirməyə hazırlaşmır.
O, “rossonyerlər”lə titul qazanmamış futboldan getməyəcəyini bildirib: “Mənim gələcəyim də, dünyam da futboldur. Hazırda oynaya bilməməyimə məyus oluram, bu, məni çox incidir. Komandamla birlikdə olub, onlara kömək etmək istəyirəm. Bura gələndən böyük işlər görürük. İndi çatışmayan yalnız bir şey var - kuboklar qazanmaq. Bunun üçün mübarizə aparırıq. “Milan”la titul qazanmamış karyeramı bitirməyəcəyəm”.
Qeyd edək ki, Zlatan İbrahimoviç cari mövsüm 19 oyun keçirib, 8 qol, 2 assistlə yadda qalıb.