“Milan”ın hücumçusu Zlatan İbrahimoviç İtaliya A seriyasının XXIII turunda “Yuventus”la keçirilən matçda zədələnib.
Apasport.az saytının məlumatına görə, 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra müayinə olunan veteran forvardın əzələsində problem aşkarlanıb.
Bu, 41 yaşlı qolçunun DÇ-2022-nin pley-off mərhələsində İsveç yığmasından kənarda qalmasına səbəb ola bilər. Ulduz futbolçu bənzər zədəni ötən ilin oktyabrında da alıb və bir neçə oyunu buraxıb. İlkin diaqnoza görə, onun bu dəfə dönüşü daha gec gözlənilir.
Qeyd edək ki, İsveç yığması martın 24-də pley-off mərhələsinin yarımfinalında Çexiya ilə qarşılaşacaq.