İdman Araşdırmalar Mərkəzi ilin ən yaxşılarını açıqladı - SİYAHI - FOTOSESSİYA
19.12.2019 - 21:10
İdman Araşdırmalar Mərkəzi ilin ən yaxşılarını açıqladı - SİYAHI - FOTOSESSİYA

İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2019" layihəsi üzrə mükafatçıları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, qaliblərin adları Bakı Olimpiya Stadionunda təşkil olunan "7 qalib” adlı mərasimdə açıqlanıb.

Nominasiyalar üzrə

İlin idman xadimi - Mahir Məmmədov (Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti)

İlin idman qurğusu - Bakı Olimpiya Stadionu

İlin futbolçusu - Emil Balayev (“Tobol”, Qazaxıstan)

İlin əcnəbi futbolçusu - Abdullah Zubir (“Qarabağ”)

İlin komandası - Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi

İlin baş məşqçisi - Qurban Qurbanov (“Qarabağ”)

İlin idmançısı - Teymur Rəcəbov (Şahmat)

Xüsusi mükafatlar:

"Minsk 2019" II Avropa Oyunlarının Əməliyyat Komitəsində layiqincə təmsil etdiyi üçün - Samir Məmmədov

Uşaq idmanının inkişafına verdiyi dəstəyə görə - Tofiq Heydərov

İlin ən çox kütləvi tədbir təşkil edən idman qurğusu - Şamaxı Olimpiya Kompleksi

Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu - Emin Mahmudov (“Neftçi”)

Qeyd edək ki, layihə ardıcıl 7-ci ildir həyata keçirilir.