Çempionlar Liqası və ya Avropa Liqasının final oyunu Portuqaliyaya verilə bilər.
Apasport.az saytı xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Bildirilib ki, Portuqaliya prezidenti Arselo Rebelo de Souzanın adıçəkilən mətbu orqanına açıqlamasında buna işarə edib: “Avqustda Portuqaliyada beynəlxalq futbolla bağlı yaxşı bir xəbərimiz olacağını hiss edirəm. Biz tələsmirik. Uğursuzluqla nəticələnəcək tələsik inkişaf istəmirik”.
Qeyd edək ki, Çempionlar Liqasının finalı İstanbul, Avropa Liqasının həlledici görüşü isə Qdanskda keçirilməlidir. Lakin koronavirus pandemiyası səbəbindən dayandırılan avrokubokların final qarşılaşmalarının bu şəhərlərdən alınması istisna edilmir. Avropa Liqasının 1/4 final mərhələsindən etibarən ev sahibinin Portuqaliyanın paytaxtı Lissabon olması gözlənilir.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"