“Mançester Siti” iki futbolçusunu yay fasiləsində sata bilər.
Apasport.az saytının məlumatına görə, hücumameyilli oyunçular Rahim Sterlinq və Riyad Mahrezin başqa kluba keçidi müzakirə mövzusudur.
Sterlinqlə ən çox maraqlanan klub “Arsenal”dır. “Şəhərlilər” son vaxtlar əsas heyətə düşə bilməyən oyunçusu üçün qarşı tərəfin təklifini gözləyir. Baş məşqçi Pep Qvardiola həmçinin Mahrezin sərfəli transfer təklifi olarsa, gedişinə mane olmayacaq. Onların gedişi komandaya yeni transferlər üçün büdcə formalaşdıracaq.
Qeyd edək ki, Rahim Sterlinq 2015, Riyad Mahrez isə 2018-ci ildən “Mançester Siti”nin formasını geyinir.