İldə 7 milyon avro – Dzekoya cəlbedici təklif
16.09.2020 - 01:15
İtaliyanın “Yuventus” klubu “Roma”nın futbolçusu Edin Dzekoya müqavilə təklif edəcək.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı bosniya və herseqovinalı Turin təmsilçisi üçün prioritet hədəfdir.
“Ağ-qaralar” forvarda ildə 7 milyon avro və əlavə bonuslar verməyi planlaşdırır.
Onun “Roma” ilə müqaviləsi 2022-ci ildə başa çatacaq. Bu üzdən turinlilər forvard üçün transfer məbləğini ödəməli olacaq.
0
0