İli bitirdi – Braytveyt
12.09.2021 - 18:24
İli bitirdi – Braytveyt

İspaniyanın “Barselona” klubu itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Martin Braytveyt dizindəki zədə səbəbindən 3-4 ay buraxmalı olacaq.

Bu, 30 yaşlı hücumçunun ili başa vurması deməkdir. Danimarkalı bu gun tibbi müayinədən keçdikdən sonra meydana dönmə tarixi dəqiqləşəcək.

Qeyd edək ki, Martin mövsümün ilk üç oyununda 2 qol vurub və 1 assistə imza atıb.