İlin ən yaxşı qolu - Macarıstan çempionatında
23.09.2019 - 23:04
İlin ən yaxşı qolu - Macarıstan çempionatında

2019-cu ilin ən gözəl qolunun müəllifi müəyyənləşib.

APA-nın məlumatına görə, FİFA Ferens Puşkaş mükafatının sahibini İtaliyanın Milan şəhərindəki tədbirdə açıqlayıb.

İlin ən gözəl qolunun müəllifi Daniel Jori olub. Rumıniyalı futbolçu Macarıstan çempionatında vurduğu qola görə mükafatlandırılıb.

Onun “Ferensvaroş” – “Debretsen” matçında meydan sahiblərinin qapısından keçirdiyi top digər namizədlər Xuan Fernando Kintero və Lionel Messini qabaqlayıb.

FİFA ilin ən yaxşı qolu Daniel Jori