İlin son turu
05.12.2019 - 17:02
İlin son turu

Sabah Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, mövsümün ilk yarısının və II dövrənin son oyunları iki gün ərzində keçiriləcək.

2019-cu ilin son çempionat matçlarına Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq. Son illərin çempionu “Qarabağ” “Keşlə”ni qəbul edəcək.

Liderlərin dueli turun mərkəzi qarşılaşması sayılır. Düzdür, “Qarabağ” qış çempionluğunu təmin edib. Amma Qurban Qurbanovun yetirmələri üstünlüyü qorumaq, hətta artırmaq niyyətindədir. Tərlan Əhmədovun komandası isə liderlə fərqi azaltmaq əzmindədir.

Tur birgünlük fasilədən sonra davam etdiriləcək. Son üç qarşılaşma eyni gündə - dekabrın 8-də təşkil olunacaq. 

3-cü pillədə qərarlaşan “Neftçi” “Sabah”ın qonağı olacaq. Sonuncular yeni baş məşqçisi Jelko Sopiçlə çempionatda ilk xalını qazanmaq üçün mübarizə aparacaq. Roberto Bordinin komandası liderlə xal fərqinin artmaması üçün qələbə qazanmalıdır.

4-cü pillədə qərarlaşan “Sumqayıt” evdə “Qəbələ” ilə görüşəcək. Meydan sahibləri “üçlük”dən uzaq düşməmək, qonaqlar təhlükəli zonadan bir az da uzaqlaşmaq üçün meydana çıxacaq.

“Zirə” çempionatın autsayderi “Səbail”i sınağa çəkəcək. Qələbə həsrəti turdan-tura uzanan qonaqlar son pilləni tərk etmək üçün bu dəfə xal qazanmalıdır. Qəsəbə təmsilçisi isə avrokubok zonasına yaxınlaşmaq üçün turu itkisiz keçməlidir.

Azərbaycan Premyer Liqası
XIV tur

6 dekabr (cümə)
“Qarabağ” – “Keşlə”

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

8 dekabr (bazar)
“Sabah” – “Neftçi”

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena”, 17:00

“Zirə” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 15:00

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”, 15:00

1

Qarabağ

13

9

3

1

22-5

30

2

Keşlə

13

6

4

3

16-10

22

3

Neftçi

13

6

4

3

20-11

22

4

Sumqayıt

13

5

2

6

17-19

17

5

Zirə

13

3

5

5

14-21

14

6

Sabah

13

3

4

6

14-16

13

7

Qəbələ

13

3

3

7

13-23

12

8

Səbail

13

3

3

7

9-20

12

Bombardir: Lorenzo Frutos ("Keşlə") - 6 qol.