Çempionlar Liqasında (ÇL) keçirdiyi ilk 100 oyunda ən çox qələbə qazanan futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahının lideri ötən həftə dəyişib.
Bu, “Real”ın müdafiəçisi David Alabadır. Karyerası ərzində “Bavariya” və “Real” forması altında ÇL-də mübarizə aparan avstriyalı müdafiəçi ilk 100 matçına 70 qələbə sığdırmağı bacarıb.
Onu keçmiş komanda yoldaşı Robert Levandovski izləyir. Alabanın “Bavariya”da çiyin-çiyinə çıxış etdiyi Tomas Müller və hazırda “Real”ın kapitanı olan Marselo 3-cü yeri bölüşürlər. “Barselona”nın veteran oyunçusu Dani Alveş də onlarla eyni göstəriciyə malikdir.
1. David Alaba
Mövqeyi: Müdafiəçi
Ölkəsi: Avstriya
ÇL-də oynadığı komandalar: “Bavariya”, “Real”
İlk 100 oyununda qələbə sayı: 70
2. Robert Levandovski
Mövqeyi: Hücumçu
Ölkəsi: Polşa
ÇL-də oynadığı komandalar: “Borussiya”, Dortmund, “Bavariya”
İlk 100 oyununda qələbə sayı: 67
3-4. Marselo
Mövqeyi: Müdafiəçi
Ölkəsi: Braziliya
ÇL-də oynadığı komanda: “Real”
İlk 100 oyununda qələbə sayı: 66
3-4. Tomas Müller
Mövqeyi: Yarımmüdafiəçi
Ölkəsi: Almaniya
ÇL-də oynadığı komanda: “Bavariya”
İlk 100 oyununda qələbə sayı: 66
5. Dani Alveş
Mövqeyi: Müdafiəçi
Ölkəsi: Braziliya
ÇL-də oynadığı komandalar: “Sevilya”, “Barselona”, “Yuventus”, PSJ
İlk 100 oyununda qələbə sayı: 65
6-8. Toni Kroos
Mövqeyi: Yarımmüdafiəçi
Ölkəsi: Almaniya
ÇL-də oynadığı komandalar: “Bavariya”, “Real”
İlk 100 oyununda qələbə sayı: 64
6-8. Kərim Benzema
Mövqeyi: Hücumçu
Ölkəsi: Fransa
ÇL-də oynadığı komandalar: “Lion”, “Real”
İlk 100 oyununda qələbə sayı: 64
6-8. Serxio Buskets
Mövqeyi: Yarımmüdafiəçi
Ölkəsi: İspaniya
ÇL-də oynadığı komanda: “Barselona”
İlk 100 oyununda qələbə sayı: 64
9. Filipp Lam
Mövqeyi: Müdafiəçi
Ölkəsi: Almaniya
ÇL-də oynadığı komanda: “Bavariya”
İlk 100 oyununda qələbə sayı: 63
10. Luka Modriç
Mövqeyi: Yarımmüdafiəçi
Ölkəsi: Xorvatiya
ÇL-də oynadığı komandalar: “Tottenhem”, “Real”