İlk baş məşqçi istefası - İspaniyada
20.07.2020 - 22:33
İspaniya La Liqasında mövsüm başa çatan kimi, ilk baş məşqçi dəyişikliyi reallaşıb.
Apasport.az saytının məlumatına görə, "Leqanes" çalışdırıcısı Xavyer Aqirreni istefaya göndərib.
Buna səbəb komandanın 18-ci yeri tutaraq La Liqanı tərk etməsi olub. "Leqanes" onun rəhbərliyi altında mövsümü 36 xalla tamamlayıb.
Qeyd edək ki, Xavyer Aqirre "Leqanes"ə ötən ilin noyabrında təyin olunub.
0
0