İlk transferini bu ay açıqlayacaq – “Barselona”
11.05.2021 - 17:17
“Barselona” bu ay ilk transferini açıqlayacaq.
Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin müdafiəçisi Erik Qarsiya doğma komandasına qayıdacaq.
20 yaşlı mərkəz müdafiəçisi kataloniyalılarla 5 illik müqavilənin bütün şərtlərini razılaşdırıb. Mayın 29-da keçiriləcək Çempionlar Liqasının “Mançester Siti” – “Çelsi” finalından sonra Qarsiyanın “Barselona”ya keçidi rəsmən açıqlanacaq. Gənc oyunçunun “şəhərlilər”lə müqavilə müddəti bitdiyindən, transfer havayı başa gələcək.
Qeyd edək ki, Erik Qarsiya “Mançester Siti”yə 2017-ci ildə “Barselona” akademiyasından keçib.
0
0