İmmobile üçün 50 milyon avro – Çin klubundan
06.12.2020 - 00:00
İmmobile üçün 50 milyon avro – Çin klubundan

İtaliyanın “Latsio” klubunun futbolçusu Çiro İmmobile karyerasını Çində davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, italiyalı Fabio Kannavaronun baş məşqçisi olduğu “Quançjou Everqrand” hücumçunu heyətinə qatmaq üçün Roma təmsilçisinin tələblərini yerinə yetirməyə hazırdır.

“Latsio” forvard uçun 50 milyon avro tələb edir. Bu, Çironu heyətində görmək istəyən digər komandalar – “Milan”, “Napoli” və “Everton”un transferdən əl çəkməsi ilə nəticələnib. Asiyalılar isə bombardir üçün pulundan keçməyə hazırdır.

Çin təmsilçisi yanvarda İmmobileni heyətində görmək istəyir. Lakin futbolçunun özü bu keçiddə tərəddüd edir. O, 2025-ci ilin yayına qədər müqavilə ilə bağlı olduğu “Latsio”nu tərk etməyə o qədər də həvəsli deyil.
 

0