İmtina etdi – “Tottenhem”dən
21.05.2021 - 09:28
İmtina etdi – “Tottenhem”dən

İtaliyanın “Yuventus” klubunun sabiq baş məşqçisi Massimiliano Alleqri karyerasını İngiltərədə davam etdirmək istəməyib.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Premyer Liqa təmsilçisi “Tottenhem”dən təklif alıb.

Alleqri London klubunun bu təklifini rədd edib. O, nümayəndələrinə tapşırıb ki, nə “Tottenhem”, nə də digər klubla danışıq aparsın. 

Mütəxəssisin belə addımı “Real”dan təklif gözləməsi ilə izah olunur. Alleqri Zinəddin Zidanın istefaya göndəriləcəyi halda İspaniya klubunu çalışdırmağa əsas namizəddir. Onun artıq ilkin təklif aldığı da bildirilir. Bu təyinat gerçəkləşsə, “Real” ona 2 illik müqavilə və ildə 10 milyon avro maaş verəcək.
 

0