İndiyədək uduzmamışdı - Bundestim
16.06.2021 - 10:37
Almaniya millisi AVRO-2020-yə Fransa önündə məğlubiyyətlə başlayıb.
Apasport.az saytının məlumatına görə, Mats Hummelsin avtoqolu ilə meydanı məğlub tərk edən (0:1) Bundestim tarixində ilk dəfə qitə birinciliyinə uğursuz start götürüb.
Yoahim Lövün yetirmələri 13-cü cəhddə uğurlu seriyanın davamını gətirə bilməyib. Buna qədər almanlar Avropa çempionatında keçirdiyi oyunların 7-də qələbə qazanıb, 5-də heç-heçə etmişdi.
Qeyd edək ki, almanlar yer aldığı F qrupunda növbəti oyununu iyunun 19-da Portuqaliyaya qarşı keçirəcək.
0
0