Ingiltərə Liqa Kubokunu qazandı - ən titullu komanda oldu
27.02.2022 - 23:26
Ingiltərə Liqa Kubokunu qazandı - ən titullu komanda oldu

İngiltərə Liqa Kubokunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Uembli”də keçirilən final oyununda “Çelsi” ilə “Liverpul” üz-üzə gəlib.

120 dəqiqə ərzində qapılara ümumilikdə 3 qol vurulsa da, bütün hallarda ofsayd qeydə alınıb. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşdığından, penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan “Liverpul” 11:10 hesabı ilə qalib gəlib. 

Beləliklə, “qırmızılar” 10 illik həsrətə son qoyaraq, Liqa Kubokuna sahib çıxıb. Bununla 9-cu dəfə kuboku muzeyinə aparan “Liverpul” turnirin ən titullu komandasına çevrilib. “Çelsi”nin isə 7 illik həsrəti davam edib.