İngiltərə Premyer Liqası ilə bağlı son qərar
18.05.2020 - 18:11
İngiltərə Premyer Liqası ilə bağlı son qərar

Koronavirus pandemiyası səbəbindən dayandırılan İngiltərə Premyer Liqası bərpa olunacaq.

Apasport.az saytının məlumatına görə, elita təmsilçiləri sabahdan məşqlərə başlaya biləcəklər.

Bununla bağlı qərar bu gün keçirilən iclasda qəbul olunub. Komandalar sabahdan qruplar şəklində məşqləri bərpa edə biləcəklər. Məşq zamanı futbolçular sosial məsafələrə diqqət etməli olacaqlar.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının bərpası iyunun 12-nə planlaşdırılır.