İngiltərə futbolunda ilk – qadın rəhbər
08.06.2021 - 12:08
İngiltərə Futbol Assosiasiyasının (FA) yeni rəhbəri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu postu Debbi Hyuitt tutacaq.
O, 2022-ci ilin yanvarından quruma rəhbərlik edəcək. Hyuitt qurumun tarixinə ilk qadın sədr kimi düşəcək.
FA-nın 7 üzvü yekdilliklə Hyuitti bu vəzifəyə seçib. Qurumun şurası tərəfindən təsdiqləndikdən sonra Hyuitti bu vəzifəni müvəqqəti icra edən Piter Makkormiki əvəzləyəcək.
Qeyd edək ki, FA 1863-cü ildə yaradılıb.
0
0