UEFA reytinqində mövsümü 1-ci yerdə bitirəcək ölkə müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, üç klubu finalda oynayacaq İngiltərə mövsümün sonunda zirvədə qalacağını təmin edib.
Bu, son 9 ildə ilk belə hadisədir. Premyer Liqa zirvəni La Liqanın əlindən alır.
İngiltərə sonuncu dəfə 2011/12 mövsümünün sonunda 1-ci pillədə olub. Futbolun yaradıcılarının zirvəyə dönməsinə son beş mövsümdən üçündə İspaniya klublarından daha yaxşı oynamaqları səbəb olub.
Həmçinin İngiltərə bir mövsümdə toplanan xallar üzrə mütləq rekord müəyyənləşdirəcək. İspaniyanın 2015/16 mövsümündə topladığı qədər – 23,928 xal toplayan britaniyalılar final matçlarındakı xallarla mütləq rekord vuracaq.
Qeyd edək ki, Avropa Liqasının finalında “Mançester Yunayted”lə “Vilyarreal”, Çempionlar Liqasında isə “Maneçster Siti” və “Çelsi” görüşəcək.