İngltərədən Haland üçün növbəti təklif
12.04.2022 - 13:12
İngltərədən Haland üçün növbəti təklif

“Mançester Siti” Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halanda növbəti təklifini edib.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” bu dəfə daha yüksək məbləğ ödəməyə hazırdır.

Premyer Liqa təmsilçisi 75 milyon avroluq sərbəst qalma məbləği ilə yanaşı, daha 70 milyon avroluq komissiya ödəməyə razıdır. 22 yaşlı forvard keçidə müsbət cavab versə, 5 illik müqavilə imzalayacaq və illik məvacibi 30 milyon avro olacaq. Təklif artıq təqdim olunub və oyunçudan cavab gözlənilir.

Qeyd edək ki, “Mançester Siti”nin bir müddət əvvəl göndərdiyi ilk təklifi Haland qəbul etməyib.