İntizam nümunələri – heç vaxt qırmızı vərəqə almayan “10-luq”
30.01.2022 - 13:23
İntizam nümunələri – heç vaxt qırmızı vərəqə almayan “10-luq”

Karyerası ərzində qırmızı vərəqə almayan futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ Raul başçılıq edir.

İspaniya futbolunun əfsanəsi 1062 görüş keçirsə də, heç vaxt birbaşa meydandan qovulmayıb. Rayan Qiqqz də “1000”i arxada qoysa da, belə cəza almayıb. Andres İnyesta da bu rəqəmə çatmağa yaxındır.

Qeyd edək ki, “Top-10”da yer alanlardan biri Joau Moutinyo birbaşa qırmızı vərəqə ilə cəzalanmasa da, bir matçda iki sarı vərəqə alıb.

1. Rauı (İspaniya, “Real”, “Şalke”, “Əl-Sədd”, “Nyu-York Kosmos”) - 1062
2. Rayan Qiqqz (Uels, “Mançester Yunayted”) - 1027
3. Andres İnyesta (İspaniya, “Barselona”, “Vissel Kobe”) - 996
4. Kərim Benzema (Fransa, “Lion”, “Real”) - 862
5. Filip Lam (Almaniya, “Bavariya”) - 783
6. Joau Moutinyo (Portuqaliya, “Sportinq”, “Porto”, “Monako”, “Vulverhempton”) - 759
7. Mişel Platini (Fransa, “Nansi”, “Yuventus”, “Sent-Etyen”) - 652
8. Hari Liniker (İngiltərə, “Tottenhem”, “Lester”, “Barselona”, “Everton”, “Naqoya Qrampus”) - 647
9. Damien Daff (İrlandiya, “Blekbern”, “Çelsi”, “Nyukasl”, “Fulhem”, “Melburn”, “Şemrok Rovers”) - 630
10. Ledli Kinq (İngiltərə, “Tottenhem”) - 341