DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin VI turunun oyunları keçirilir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı A qrupunda daha bir matç keçirilib.
Millimizin Portuqaliyaya 0:3 hesabı ilə uduzduğu turun ikinci qarşılaşması İrlandiyada baş tutub. Mundiala vəsiqəyə iddialı olan Serbiya millisi çətin səfərdə xal itirib. 20-ci dəqiqədə Sergey Milinkoviç-Saviç fərqlənsə də, Nikola Milenkoviçin avtoqolu balkanlıların xal itkisinə səbəb olub - 1:1.
Bu qrupda mübarizə aparan Lüksemburq yoldaşlıq oyunu keçirib. “Cırtdan”lar öz meydanında Qətəri sınağa çəkib – 1:1.
|
1 |
Portuqaliya |
5 |
4 |
1 |
0 |
11-4 |
13 |
|
2 |
Serbiya |
5 |
3 |
2 |
0 |
12-7 |
11 |
|
3 |
Lüksemburq |
4 |
2 |
0 |
2 |
5-8 |
6 |
|
4 |
İrlandiya |
5 |
0 |
2 |
3 |
5-8 |
2 |
|
5 |
Azərbaycan |
5 |
0 |
1 |
4 |
3-9 |
1 |