İspaniya, İsveçrə, Danimarka və Finlandiya fərqli səbətlərdə
19.11.2019 - 09:19
İspaniya, İsveçrə, Danimarka və Finlandiya fərqli səbətlərdə

AVRO-2020-nin seçmə mərhələsinin X turunun ikinci günündən sonra daha dörd yığmanın püşkatma zamanı yer alacağı səbət bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya millisi 1-ci səbətə düşüb.

Qrup qalibi olan İsveçrə isə 2-ci səbətdə yer alacaq. Danimarkanın da 3-cü “altılıq”da yer alacağı dəqiqləşib.

Şimallılar ev sahiblərindən biri olduğu B qrupunda oynayacaqları da məlumdur. Danimarka bu qrupda Rusiyaya rəqib olub. Finlandiya isə 4-cü səbətə düşüb.

Ümumilikdə, artıq 12 yığma hansı səbətdə yer alacağını bilir. AVRO-2020-yə vəsiqə qazanan digər 7 komanda, həmçinin seçmə mərhələnin sonuncu xoşbəxtinin hansı “altılığ”a düşəcəyi bugünkü matçlardan sonra bilinəcək.

Səbəti dəqiqləşən yığmalar
1-ci səbət: Belçika, İngiltərə (D qrupu), Ukrayna, İtaliya (A qrupu), İspaniya (E qrupu)
2-ci səbət: Rusiya (B qrupu), Xorvatiya, İsveçrə
3-cü səbət: Türkiyə, Avstriya, Danimarka (B qrupu)
4-cü səbət: Finlandiya

Qeyd edək ki, final mərhələsi 12 şəhərdə keçiriləcək AVRO-2020-nin püşkatması noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq.