İspaniya millisinin sabiq baş məşqçisi “Monako”da
29.12.2019 - 09:41
İspaniya millisinin sabiq baş məşqçisi “Monako”da

“Monako” klubunda baş məşqçi dəyişikliyi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, “Knyazlıq klubu” portuqaliyalı Leonardo Jardimlə yollarını ayırıb.

Onu ispaniyalı Robert Moreno əvəzləyib. Yeni baş məşqçi ilə müqavilə imzalanıb. Anlaşma 2020-ci ilin iyununa qədərdir.

Qeyd edək ki, bir müddət əvvəl İspaniya yığmasından ayrılan R.Moreno milli ilə AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb.