İspaniya nəhəngi Merih Demiralı istəyir
14.03.2022 - 13:39
İspaniya nəhəngi Merih Demiralı istəyir

Türkiyə millisinin futbolçusu Merih Demiral İspaniyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı mərkəz müdafiəçisi “Real”ın maraq dairəsindədir.

Hazırda icarə əsasında “Atalanta”da oynayan və müqavilə ilə “Yuventus”a məxsus olan oyunçunu berqamolular 25 milyon avroya heyətinə cəlb etmək hüququna malikdir. “Kral klubu” isə bu transfer üçün 50 milyon avro ayırıb. Əgər “Atalanta” Merihi alsa, ikiqat qazanc əldə etməklə onu “Real”a sata bilər.

Əks təqdirdə, həmin məbləğ “Yuve”yə təklif olunacaq. Bu keçid reallaşarsa, Demiral Türkiyə tarixinin ən bahalı futbolçusuna çevriləcək.

Qeyd edək ki, Merih Demiralın “Yuventus”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
 

0