İspaniyaya qayıdır
29.01.2022 - 15:58
“Tottenhem”in daha bir futbolçusu icarəyə verilə bilər.
Apasport.az saytının məlumatına görə, Brayan Xil İspaniyaya qayıtmağa yaxındır.
Vingerin xidmətində “Valensiya” maraqlıdır. “Sevilya”, “Eybar” və “Leqanes”də oynamış 20 yaşlı futbolçu da La Liqaya qayıtmağın tərəfdarıdır. “Valensiya” rəhbərliyi onun icarəsi üçün rəsmi təklif göndərib.
Qeyd edək ki, London klubu Xili öttən yay “Sevilya”dan 25 milyon avroya alıb.
0
0