İstanbula vaxtına gəlmədi – “Qalatasaray”a keçidi baş tutmadı
09.09.2021 - 10:02
İngiltərənin “Lester” klubunun futbolçusu Nampali Mendinin “Qalatasaray”a keçidi baş tutmayıb.
Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin oyunçunu icarəyə götürmək istəyi son anda reallaşmayıb.
29 yaşlı fransalı özünü İstanbula vaxtında çatdıra bilməyib. Transfer pəncərəsinin son saatlarında Türkiyədə olması gözlənilən Mendinin gecikməsi keçidə əngəl olub.
Qeyd edək ki, Medi 2016-cı ilin yayından “Lester”də oynayır. O, cari mövsümün startında meydana çıxmayıb.
0
0