İsveçrəli məşqçiyə təklif – “Fənərbaxça”dan
12.06.2021 - 12:13
“Fənərbaxça” klubu baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun bu posta ilk namizədi Lusyen Favredir.
Son klubu Dortmund “Borussiya”sı olan 63 yaşlı mütəxəssislə danışıqlara start verilib. “Sarı-lacivərdlilər” isveçrəli çalışdırıcıya 2 illik müqavilə təklif edib. Favre yaxın günlərdə qarşı tərəfə cavabını bildirəcək.
Qeyd edək ki, “Fənərbaxça” ötən mövsüm 82 xalla Super Liqada 3-cü yeri tutub.
0
0